| Ticarət fəaliyyətini nə cür həyata keçirməli? Valyuta qiymətlərinin hətta cüzi dəyişikliyindən belə mənfəət qazanılması mexanizminə diqqət yetirin. Bunun üçün bir qədər səbirli olub bu bölməni sonadək oxumalısınız – və Siz bunun nə qədər sadə olduğuna bir daha əmin olacaqsınız! Beləliklə, başlayırıq. Forex bazarında ticarət fəaliyyətinin başlıca prinsipi valyuta cütlərinin bir-birinə qarşı alınması və ya satılmasıdır. Bütün ticarət əməliyyatları marjinal ticarət prinsipi əsasında və kredit çiyni təqdim edilməklə həyata keçirilir (1:50, 1:100, 1:200 və s.). Daha aydın təsəvvür yaranması üçün misala baxaq. Tutaq ki, kredit çiyni 1: 100 nisbətindədir. Bu dəstək alış-satış əməliyyatlarını bu əməliyyatların həyata keçirilməsi üçün tələb edilən vəsaitdən 100 dəfə az məbləğlə icra etməyə imkan yaradır. Məsələn: amerikan dollarına qarşı 100 000 avro almaq istəyirsinizsə, başqa sözlə 1.3100 qiyməti ilə 1lot EUR/USD almaq istəyirsinizsə bunun üçün hesabınızda $131 000 deyil, bu vəsaitin sadəcə 1% -i - $1310 girov məbləğin olması kifayətdir. |