Forex-in xüsusiyyətləri
Likvidlik
Nə qədər istəyirsən AL, nə qədər istəyirsən SAT !!!
Bazar böyük həcmdə pul dövriyyəsinə malikdir ki, bu da müəyyən zaman anına, mövcud kotirovka ilə istənilən həcmdə ticarət əməliyyatlarının icrasını mümkün edir. Yüksək likvidlik səviyyəsi hər bir investor üçün cəlbedici faktordur. Belə ki, bazar iştirakçıları istənilən həcmdə ticarət əməliyyatının icrasında tam sərbəstdirlər.
Operativlik
Nə vaxt istəyirsən GİR, nə vaxt istəyirsən ÇIX !!!
Bazarın 24 saatlıq iş rejimi sayəsində Forex iştirakçıları ticarət əməliyyatlarını günün istənilən vaxtı icra edə bilərlər.
Münasiblik
Harada, nə ilə, nə cür istəyirsən iştirak et !!!
Şəxsi kompüter və ya mobil telefon kimi minimal texniki resurslara sahib olmaqla dünyanın istənilən nöqtəsindən bu bazarda sərbəst iştirak edə bilərsiniz.
Dəyər
Hamısı sənin...
Forex bazarında ticarət zamanı bir qayda olaraq valyuta cütünün alış və satış qiymətləri (bid/ask) arasındakı fərq istisna olmaqla heç bir komisyon haqq ödənilmir. Başqa sözlə, əməliyyatlardan qazanılmış mənfəət tam şəkildə hesabınıza əlavə edilir.
Bazarın istiqamətliliyi
İmkan həmişə var...
Valyuta qiymətlərinin dəyişməsi kifayət qədər aydın istiqamətə malikdir ki, bu da müxtəlif analiz metodlarından (fundamental, texniki, qrafik, kompüter) istifadə etməklə qiymət dəyişikliklərini əvvəlcədən proqnozlaşdırmağa imkan yaradır.
